Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Hərbi Dəniz Qüvvələri lazer silahını sınaqdan keçiriblər

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin "USS Portland" desant gəmisi lazer silahını uğurla sınaqdan keçirib.

 CNN telekanalının yaydığı xəbərdə bildirilir ki, mayın 16-da Sakit okeanda keçirilən sınaqlar zamanı pilotsuz təyyarə məhv edilib. Telekanal hərbi gəminin lazer şüası ilə uçan aparatın məhv edilməsinin şəklini və videosunu yayıb.

ABŞ hərbçiləri lazer silahlarının müxtəlif təhdidlərə cavab vermək üçün daha böyük imkanlara malik olduğunu vurğulayıb. Lazer silahının gücünün nə qədər olduğu açıqlanmayıb, lakin telekanal bu gücün təxminən 150 kVt olduğunu ehtimal edir.

 

Qeyd edilir ki, bu silah kiçik təyyarələr və katerlərə qarşı istifadə oluna bilər.

24 2020 11:01 -

Köhnə versiyamızdan xəbərləri izlə