Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT baş katibi Əfqanıstandakı barışığı alqışlayır

BMT-nin baş katibi Antonio Quterreş Ramazan bayramı münasibətilə Əfqanıstanda elan edilən 3 günlük barışığı alqışlayıb.

Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarik bildirib ki, Antonio Quterreş Əfqanıstan hökuməti və Taliban tərəfindən atəşkəs elan edilməsini alqışlayır. Bu, Əfqan xalqına Ramazan bayramını dinc şəraitdə qeyd etməyə imkan verəcək.

 

A.Quterriş bütün tərəfləri fürsətdən istifadə etməyə və respublikada sülh prosesinə qoşulmağa çağırıb. Baş katib BMT-nin bu məsələdə Əfqanıstan xalqına və hökumətinə dəstəyini davam etdirmək əzmini bir daha təsdiqləyib.

Xatırladaq ki, daha əvvəl "Tolo News" telekanalı Taliban tərəfindən verilən açıqlamaya əsasən hərəkat nümayəndələrinin üç günlük atəşkəs elan etdiyini bildirib. Açıqlamada hərəkat döyüşçülərinin üç gün ərzində hücumlar etməyəcəyi, lakin mövqelərinə hücum olarsa müqavimət göstərməyə hazır olduqları göstərilir.

24 2020 10:53 -

Köhnə versiyamızdan xəbərləri izlə