Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyinin sürəti arabir Neftçalada 35, Naftalanda 32, Gəncədə 28, Tovuz, Ağstafa, Tərtərdə 25, Yevlaxda 23, Ağdam, Xaçmazda 20, Şəmkirdə 19, Zərdabda 18, Yardımlıda 16 metr/saniyəyə çatıb.

Bundan əlavə, külək Maştağada 33, Bakıda 30, Pirallahı, Qum adasında 25, Binədə 23, Ələtdə 22, Neft Daşlarında 25, Sumqayıtda 24 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.

23 2020 21:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə