Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Akvakulturanın   həyata  keçirilməsi  Qaydası”nın  təsdiq edilməsi    barədə”    Azərbaycan   Respublikası   Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 811 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 256 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1231; 2018, № 8, maddə 1817; 2019,    № 10, maddə 1673) ilə təsdiq edilmiş “Akvakulturanın həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 8.2-ci bənddə “baytarlıq-sanitariya keyfiyyətinə” sözləri “minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına” sözləri ilə əvəz edilsin.

2.  10.6-cı bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Akvakultura məhsullarının emalında, tədarükündə, saxlanmasında, daşınmasında və emal məhsullarının satışında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.”.
 

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 22  may 2020-ci il

№ 187

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə