Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Pivə ürəyi" sindromu

“Pivə ürəyi”, “Öküz ürəyi” sindromu deyilən ürək sanki kapron coraba salınmış kimi görünür və normal ürəkdən həcmcə böyük olur. İçki içənlərin ürəyi belə olur və bu, kardiomiopatiya adlı xəstəlikdir. Daha çox alkoqol məhsullarının miokarda çökməsi və təsirindən başlayır. Medicina.az xəbər verir ki, daha çox araq, pivə içənlərdə rast gəlinən bu vəziyyət çətin diaqnoz olunur və digər ürək damar xəstəlikləri ilə oxşardır.

Xəstələr çox zaman həkimə çox pivə və içki içdiklərini də etiraf etmir. Diaqnoz təsdiq olunanda isə artıq gec olur. Çünki orqan geridönməz dağılma prosesinə qədəm qoyur. İlkin mərhələdə heç bir ağrı, ciddi əlamət olmur. Getdikcə xəstənin fiziki iş və yükə dözümlülüyü azalır və tez yorulmağa, təngnəfəs olmağa başlayır. Daha sonra ağrı, aritmiya – ritm pozulması, təzyiqin artıb azalması, sanki nəfəs çatışmazlığı. kürəkdə və ürəkdə ağrı, sancı, paroksizmal aritmiya, ürəyin gah sanki dayanması, sonra sürətlə işləməsi, ürək çatışmazlığı, dodaqların, barmaqların göyərməsi, depressiya, həvəssizlik kimi əlamətlər baş qaldırır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

23 May 2020 21:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə