Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Körpəyə qaraciyər kök hüceyrəsi köçürüldü

Dünyada ilk dəfə belə unikal əməliyyat yeni doğulmuş körpə üzərində aparılıb. Anadangəlmə qaraciyər çatışmazlığı ilə genetik xəstəlikli körpə qaraciyər köçürülməsinə kimi yaşamayacaqdı. Bu barədə Medicina.az xəbər verir.

Körpədə genetik olaraq qaraciyərdə ferment çatışmazlığı var idi. Bu ferment azot tərkibli məhsulların sidiklə orqanizmdən xaricinə dəstək verirdi. Nəticədə uşaq doğulan kimi orqanizmində toksiki ammiak çoxalır və o, ölə bilər. Bu halda çıxış yolu qaraciyər köçürülməsidir, amma bu əməliyyat körpə 6--7 kiloqrama çatdıqda, yəni 5--6 aylıqda baş tuta bilərdi.

Körpəni bu ana kimi yaşatmaq üçün Yaponiya Uşaq Milli sağlamlıq mərkəzində tibdə ilk dəfə insan embrionundan alınmış kök hüceyrələri – hepatositlər köçürüldü. Proses 2 gün davam etdi və nəticədə uşağa 190 milyon hepatosidlər köçürüldü. Heç bir əks təsir olmadı, uşağın vəziyyəti dərhal yaxşılaşdı. 9 həftə sonra o evə yazıldı və nəzarətdə qaldı. Körpə aktiv çəki toplamağa başladı, 6 aya çatdıqda uğurla qaraciyər transplantasiyası əməliyyatı baş tutaraq, körpə xilas edildi.

 Qeyd edək ki,donor onun atası olub.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

23 2020 20:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə