Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Səhiyyə fakültəsinin rəhbərliyi məzunlarla distant görüş keçirib

ATU-nun İctimai səhiyyə fakültəsinin rəhbərliyi 2019/2020-ci tədris ilinin məzunları ilə distant görüş təşkil edib. Görüşdə İctimai səhiyyə fakültəsinin dekanı professor Anar Ağayev və dekan müavini Qalina Qəniyeva iştirak ediblər.

Tədris ilinin yekunlarına həsr edilmiş onlayn toplantıda bəzi zəruri məsələlərlə bağlı müzakirələr aparılıb, tələbələr bu dövrdə əldə etdikləri bilik və təcrübə barədə danışıblar.

Həmçinin, 2020-ci ilin ilk yarısında təhsil-tədris sahəsində baş verənlər qiymətləndirilib. Sonda fakültə rəhbərliyi İctimai səhiyyə fakültəsinin məzunu adını alan tələbələrə gələcək yollarında uğur və müvəffəqiyyət arzulayıblar.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

23 May 2020 20:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Oktyabr 2020 | 16:00
Yolumuz zəfərə doğrudur
1 Oktyabr 2020 | 15:13
Rostovda qum fırtınası

Köhnə versiyamızdan xəbərləri izlə