Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva seçicilərin qayğılarını yenə onlayn dinləyib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva son 8 gündə Tovuz rayonundan olan 200-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb. Eyni zamanda, Q.Paşayevanın köməkçisi tərəfindən 300-ə yaxın sayda müraciət dinlənilib.

Deputat həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə Q.Paşayeva müvafiq qurumlara rəsmi müraciətlər göndərib. Müzakirələr zamanı seçicilərlə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparılıb.

Komitə sədri, eyni zamanda, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.

 Z.BƏŞİRQIZI, “Xalqqəzeti”

23 May 2020 20:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Dekabr 2020 | 00:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə