Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada ermənilərin separatçılığı təbliğ edən saytı bağlanıb

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda onun idarə etdiyi oyuncaq, seperatçı  rejimin adından yaradılmış “arzach.de” veb-saytı bağlanıb. Bu barədə "AZƏRTAC məlumat yayıb.  

Məlumata görə,  Almaniya hakimiyyət orqanları bu qərarı azərbaycanlıların həmin saytın səhifələrində hökm sürən separatizmin, işğalçılığın və dinc sakinlərin öz evlərinə qayıtmasına yol verilməməsini təbliğ edildiyini göstərən təkidli müraciətlərindən sonra qəbul olunub. Ermənistanın hakimiyyət orqanları Almaniya domenində açılmış saytda həm də alman turistlərini Azərbaycanın işğal olunmuş ərazilərinə cəlb etməyə cəhd göstərirdilər. 

Eyni zamanda, qondarma , separatçı rejimin  AFR-dəki ” səfiri” Arutyun Qriqoryanın “Facebook” profili də ləğv edilib. Həmçinin Berlində fəaliyyət göstərən “Avropa Arsax Tədqiqatları Mərkəzi” də bu günlərdə bağlanılıb.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

23 2020 19:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
5 Avqust 2020 | 04:49
Yeni testlər tətbiq olunacaq
5 Avqust 2020 | 04:48
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə