Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yanvar-aprel aylarında neft və qaz hasilatı artıb

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən daxil olmuş məlumatda bildirilir ki, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə, təxminən, 11 min ton çox olub.

Respublika üzrə hasil edilmiş neftin (kondensatla birlikdə) 8,6 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,3 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

SOCAR üzrə hasilat isə 2,5 milyon ton təşkil edib.

Cari ilin 4 ayında 10,2 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin yanvar-aprel aylarına nisbətən 106 min ton azdır.

Neft-kondensatın 9,8 milyon tonu konsorsium, 409 min tonu isə SOCAR üzrə ixraca nəql edilib.

2020-ci ilin 4 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz, yəni 1,8 milyard m3 artımla 13,4 milyard m3 qaz hasil edilib. Qaz hasilatının 4,6 milyard m3 -i AÇG-dən, 6,4 milyard m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 2,4 milyard m3 qaz hasil olunub.

Bu dövrdə xaricə qaz satışı 4,6 milyard m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur.

Cari ilin yanvar-aprel aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 23,6 faiz çox, yəni 3,5 milyard m3 qaz ixrac edilib.

Gürcüstana ixrac edilən qazın həcmi isə 1,1 milyard m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,3 milyard m3 qaz nəql olunub. İstismara veriləndən mayın 1-dək TANAP-la Türkiyəyə 5,1 milyard m3-dən çox qaz nəql edilib.

İstismara veriləndən mayın 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 535 milyon ton neft (kondensatla birlikdə), 293 milyard m3 qaz hasil edilib. Bu yataqlardan 538,7 milyon ton neft (kondensatla birlikdə), 81,6 milyard m3 qaz isə ixraca nəql olunub.

2020-ci ilin 4 ayında 2013 min ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 32,6 min ton çox olub.

V.BAYRAMOV,

“Xalq qəzeti”

23 2020 17:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə