Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkələrin karantindən tədricən çıxmaları çiyələyə tələbatı artırıb

Ölkəmizdə istehsal olunan çiyələyin xaricə ixracında bir müddət əvvəl yaranmış durğunluq artıq tədricən aradan qalxır. Koronavirus pandemiyası ilə əlaqədar qonşu ölkələrdə karantin rejimi sadələşdikcə ölkəmizə məhsul qəbulu üçün sifarişlər gəlməyə başlayıb.

Builki çiyələk yığımı mövsümündə cənub bölgəsində istehsal olunmuş məhsulu ilk qəbul edən ölkə Qazaxıstan olacaq. Ən çox isə Rusiya bazarlarına məhsul ixracı planlaşdırılır. Məhsul istehsalçılar bildirilər ki, Rusiya bazarlarında yerli məhsula tələbat daha çoxdur.

İstixana şəraitində becərilən çiyələyin yığımına mart ayından başlansa da, koronavirus infeksiyası ilə əlaqədar dünya ölkələrindəki sərt karantin qaydaları məhsulun xaricə ixracını çətinləşdirmişdi. Elə buna görə də yerli fermerlər məhsullarını əsasən daxili bazarlarda satmaq məcburiyyətində qalırdırlar.

Son günlər əksər ölkələrin karantindən tədricən çıxması xarici bazarlarda yerli çiyələyə tələbatı artırıb.

Hazırda açıq sahələrdə kütləvi çiyələk yığımı aparılır. Xaricə göndərilən hər bir istehsalçının məhsulu bu il ilk dəfə olaraq ayrı-ayrılıqda kodlaşdırılır. Bu isə bazarlara daha keyfiyyətli məhsul çıxarılmasına imkan verəcək.

Daxili bazarlardan fərqli olaraq, uzaq məsafələrə daşınan çiyələk müəyyən müddət soyuducu anbarlarda mənfi temperaturda saxlanılmalıdır. Artıq məhsulun anbarlara yerləşdirilməsinə başlanılıb. Çiyələyin bir kiloqramı 1,5-2 manata təklif olunur.

Yay aylarına doğru sahələrin məhsuldarlığı daha da artacaq. Bu da öz növbəsində yerli bazarlarda çiyələk bolluğu yaratmaqla, ixracın həcminə də təsir edəcək.

V.BAYRAMOV,

“Xalq qəzeti”

23 2020 16:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə