Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Müka­fatları Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

2020-ci il üçün elm sahəsində Azərbaycan Res­publikasının Dövlət Mükafatı “Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusun­da elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilsin:

Nazim Timur oğlu Məmmədov

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov

Nadir Allahverdi oğlu Abdullayev

Ziya Saxavəddin oğlu Əliyev.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il

23 2020 09:22 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə