Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Respub­lika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamı tərəfindən qəbul edilir. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə duran məsələlərin həllində əhəmiyyətli rol oynayır.

Rusiya–Azərbaycan münasibətləri yüksək səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli strateji tərəfdaşlığın, konstruktiv əməkdaşlığın bütün istiqamətlərdə bundan sonra da inkişafını təmin edəcəyik. Bu proses, şübhəsiz, bizim dost xalqlarımızın köklü maraqlarına cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına rifah və tərəqqi arzulayıram.

Hörmətlə,

Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti


 Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Çin Xalq Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı bildirirəm.

Çin ilə Azərbaycan ənənəvi dost ölkələrdir və hər iki tərəf əsas maraqlarına aid məsələlərdə bir-birini qarşılıqlı olaraq qəti şəkildə dəstəkləyir. COVID-19 pandemiyasının başlanmasından bəri ölkələrimiz müvəqqəti çətinlikləri dəf etmək üçün ikitərəfli münasibətlərdə yüksək səviyyə nümayiş etdirərək, bir-birinə yardım və dəstək göstərirlər.

Mən Çin–Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Ölkələrimizin və xalqlarımızın rifahı naminə dostluq və əməkdaşlıq münasibətlərinin daim dərinləşməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və bütün işlərinizdə uğurlar, dost Azərbaycana və onun xalqına isə tərəqqi və xoşbəxtlik arzulayıram.

Dərin hörmətlə,

Si CİNPİN
Çin Xalq Respublikasının Sədri


Zati-aliləri!

Azərbaycanın milli bayramı – Respub­lika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu əlamətdar gündə Gürcüstanın güclü tərəfdaşımız olan Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və güclənəcəkdir.

Bu gün biz qlobal pandemiya ilə üzləşərkən hökumətinizin COVID-19-la mübarizədə göstərdiyi səyləri və əldə edilən uğurları xüsusi vurğula­maq istəyirəm. Mən inanıram ki, ortaq səylərimizlə biz koronavirusun qarşısını ala biləcəyik.

Cənab Prezident, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımla bərabər, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzularımı da qəbul edin.

Hörmətlə,

Salome ZURABİŞVİLİ
Gürcüstanın Prezidenti


Cənab Prezident!

Azərbaycan Respublikasının milli bayra­mının qeyd olunması münasibətilə zati-alinizə İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıram.

Sizə dərin hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz.

VI FELİPE
İspaniyanın Kralı


Zati-aliləri!

İcazə verin ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə təbriklərimi və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım.

Bu bayramı qeyd etdiyimiz ərəfədə COVID-19 pandemiyasının hamımız üçün misli görünməmiş çağırış olduğunu da bildirmək istəyirəm.

Koronavirusa qalib gəlmək üçün birgə səylərimizi davam etdirdiyimiz bir vaxtda Sizə, hökumətinizə, eləcə də bütün Azərbaycan xalqına güc, qüvvət və cansağlığı diləyirəm.

Hörmətlə,

Villem-ALEKSANDR
Niderlandın Kralı


Möhtərəm cənab Prezident, əziz dostum!

Hər bir qürurlu Azərbaycan vətəndaşının, həmçinin azadlığın, müstəqilliyin və vətənpərvərliyin əzəli dəyərlərinə, eyni zamanda, xalqınızın zəngin mənəvi və mədəni irsinə hörmət edən və ölkənizə dost olan hər kəsin bay­ramı – Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin Azərbaycana sevginiz və onun inkişafına bağlılığınız, uzaqgörənliyiniz və dəqiq siyasi fikirləriniz siyasi sabitliyin, iqtisadi modernləşmənin təmin olunmasın­da, ölkənizin beynəlxalq arenada nüfuzu­nun və təsirinin möhkəmləndirilməsində müvəffəqiyyətlər əldə etməyinizə, bu­nunla da vətəninizin və vətəndaşlarınızın təhlükəsiz gələcəyini təmin etməyinizə töhfə verir.

İcazə verin, fürsətdən istifadə edərək, xahişimi cavabsız qoymayıb insani və dövlət həmrəyliyi göstərdiyiniz, Azərbaycanın da koronavirus kimi yoluxu­cu xəstəliklə üzləşdiyi bir zamanda bizim epidemiya ilə mübarizəmizə yardım olaraq Serbiyaya tibbi avadanlıqlar göndərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirim. Biz Serbiyada bunu yüksək qiymətləndiririk. Bu, bizim üçün ölkələrimiz arasındakı müstəsna strateji əlaqələrin və ən ya­xın dost münasibətlərinin, mənim üçün isə hörmət və etibar əsasında qurulmuş şəxsi münasibətlərimizin təsdiqidir. Eyni zamanda, gələcəklə bağlı planlarınızın həyata keçirilməsi üçün ölkənizin və onun vətəndaşlarının epidemiyanın törətdiyi nəticələrdən xilas olmasını səmimi qəlbdən arzu edirəm.

Serbiya Prezidenti olaraq mən Ser­biya ilə Azərbaycan arasındakı yaxın münasibətlərlə qürur duyuram. Serbiya vətəndaşları və mən ölkəmizə səfər etmək təklifinə müsbət cavabınızdan məmnun olarıq. İnanıram ki, Sizin səfəriniz Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin tarixində xüsusi iz qoyacaq.

Cənab Prezident, bizim növbəti və ümid edirəm ki, tezliklə baş tutacaq görüşümüzü gözləyərək, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Aleksandr VUÇİÇ
Serbiya Respublikasının Prezidenti


Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi Slovakiya Respubli­kasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Slovakiya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdəki dostluq münasibətləri və faydalı əməkdaşlıq gələcəkdə də xalqlarımızın rifahı naminə uğurla inkişaf edəcək və biz dünya ölkələrinin birgə mübarizəsinə ehtiyac duyulan hazırkı qlobal pandemiya­nın öhdəsindən layiqincə gələcəyik.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, ölkənizə və bütün vətəndaşlarınıza tərəqqi və rifah diləyir, sivil və demokratik cəmiyyətinizin daim inkişaf etməsini arzulayıram.

Hörmətlə,

Zuzana ÇAPUTOVA
Slovakiya Respublikasının Prezidenti


Zati-aliləri!

Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına səmimi salamları­mı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Hindistan ilə Azərbaycan arasında yaxın mədəni və tarixi əlaqələr mövcuddur ki, bu, ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi niyyətimizdə özünü göstərir. Ümid edirəm ki, birgə səylərimiz çoxistiqamətli əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

COVID-19 pandemiyası bəşəriyyət üçün misli görünməmiş bir təhlükə yaradır. Hindistan bu xəstəliyə qalib gəlmək üçün beynəlxalq ictimaiyyətlə birgə fəaliyyət göstərməkdə davam edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

Ram Nat KOVİND
Hindistan Respublikasının Prezidenti


Zati-aliləri!

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram. Zati-alinizə Uca Allahdan möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx əlaqələri, ölkənizin İƏT-ə dəstəyini, təşkilatın yaradıl­masının məqsədi olan İslam həmrəyliyinin təbliğində rolunu yüksək qiymətləndirir. İƏT üzv ölkələr arasında birgə dəyərləri təbliğ etmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün səylərini davam etdirəcək.

Mən ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında əməkdaşlığın və İslam həmrəyliyinin möhkəmləndirilməsinə dəstəyini və töhfələrini bundan sonra da əsirgəməyəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Yusif bin Əhməd ƏL-OSAYMİN
İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi


Hörmətli cənab Prezident!

Milli bayramınız – Respublika Günü münasibətilə Fələstin Dövləti və xalqı adından və şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi yetirirəm.

Allah-Təaladan Sizə, ölkənizə və xalqınıza xeyir-bərəkət, tərəqqi, dünyanın bütün xalqlarına isə koronavirus bəlasından və bütün digər bəlalardan sağ-salamat çıxmağı arzulayıram.

Xahiş edirəm, dərin hörmət və ehtiramımı qəbul edin.

Hörmətlə,

Mahmud ABBAS
Fələstin Dövlətinin Prezidenti Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri


Hörmətli İlham Heydər oğlu!

Azərbaycanın milli bayramı – Respubli­ka Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın bundan sonra da dinamik inkişaf etməsini, həmçinin xalqını­zın Sizin rəhbərliyinizlə bütün məqsədlərinə çatmasını diləyir və ən səmimi arzularımı bildirirəm.

Əminəm ki, xalqlarımız arasında əsrlər boyu davam edən ənənəvi dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.

Ən xoş arzularla,

Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası


Zati-aliləri!

Biz Azərbaycan Respublikasının milli bayramının, müstəqilliyinin elan edilməsinin 102-ci ildönümünün qeyd olunmasında Azərbaycan xalqının sevincini bölüşür, zati-alinizə və Birinci vitse-prezidentə təbriklərimizi çatdırırıq. Dünyanın üzləşdiyi maneələrə və çağırışlara baxmayaraq, Azərbaycanın ötən 28 il ərzində nail olduğu çox böyük inkişafı yüksək dəyərləndiririk.

Biz Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Ümid edirik ki, ölkəniz bütün bəşəriyyətin koronavirus xəstəliyi ilə mübarizə apardığı bu çətin dövrdə sülh, tərəqqi və inkişaf yolu ilə irəliləməkdə davam edəcək. Biz Sizin rəhbərliyinizlə ölkənizin təkcə virusun yayılmasının qarşısının alınması, xəstəliyin təsirinin aradan qaldırılması üçün atdığı qətiyyətli addımları deyil, həmçinin digər ölkələrdə bu pandemiya ilə mübarizədə köməyə ehtiyacı olan insanlara etdiyi yardımı da yüksək dəyərləndirdiyimizi bildiririk.

Zati-aliləri, biz, həmçinin məmnuniyyətlə qeyd etmək istəyirik ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər zaman olduğu kimi, qarşılıqlı dəstək ruhunda bir çox yerlərdə irəli sürülən çoxsaylı təşəbbüslərdə fəal tərəfdaş olub. Pandemiyanın səbəb olduğu hərəkət məhdudiyyətlərinə baxmayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 27 ölkədə ehtiyac duyanlara dəstək olub, əsas tutduğu dəyərlərə sadiq qalıb.

Cənab Prezident, bu fürsətdən istifadə edərək, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasına, inkişafına və beynəlxalq səviyyədə tanınmasına yaxından diqqət göstərdiyinizə görə Sizə ürəkdən təşəkkürlərimizi bildiririk. İnanırıq ki, biz birlikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini gücləndirməkdə davam edəcəyik və daha çox uğura nail olacağıq.

Xahiş edirəm Sizə olan ən yüksək ehtiramımızı qəbul edin.

Səmimiyyətlə,

Vayra VİKE-FREYBERQA
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının sabiq Prezidenti

İsmail SERAGELDİN
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Türki bin Feysəl bin Əbdüləziz AL SAUD
Kral Feysəl Fondunun İslam Araşdırmalar Mərkəzinin sədri

Kerri KENNEDİ
Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti

Jefri SAKS
Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru, professor

Helen KLARK
1999-2008-ci illərdə Yeni Zelandiyanın Baş Naziri, 2009-2017-ci illərdə BMT İnkişaf Proqramının əlaqələndiricisi

Boris TADİÇ
2004-2012-ci illərdə Serbiyanın sabiq Prezidenti

İv LETERME
2008, 2009-2011-ci illərdə Belçikanın Baş Naziri

Kailaş SATYARTİ
Nobel Sülh mükafatı laureatı, Kailaş Satyarti Uşaq Fondunun təsisçisi

Noelen HEYZER
2007-2014-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini

Natali QULE
“Societer” təşkilatının həmtəsisçisi və tərəfdaşı

Marianna VARDINOYANNİS
UNESCO-nun xoşməramlı səfiri

Rosen PLEVNELİYEV
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti

Əmr MUSA
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi

Eka TKELAŞVİLİ
2010-2012-ci illərdə Gürcüstanın Baş Nazirinin müavini

Laimdota STRAUYUMA
2014-2016-cı illərdə Latviyanın Baş Naziri

Valdis ZATLERS
2007-2011-ci illərdə Latviyanın Prezidenti

Tzipi LİVNİ
2006-2009-cu illərdə İsrailin Xarici İşlər naziri

Peter MEDGYESSİ
2002-2004-cü illərdə Macarıstanın Baş Naziri

Zlatko LAQUMCİYA
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri, 2012-2015-ci illərdə Xarici İşlər naziri

Filip VUYANOVİÇ
2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Viktor YUŞENKO
2005-2010-cu illərdə Ukraynanın Prezidenti

Katerina YUŞENKO
2005-2010-cu illərdə Ukraynanın birinci xanımı, “Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə Şurasının rəhbəri

Mladen İVANİÇ
2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

Rəşid ALİMOV
2016-2019-cu illərdə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi

Jozef MUSKAT
2013-2020-ci illərdə Maltanın Baş Naziri

Yadranka KOSOR
2009-2011-ci illərdə Xorvatiyanın Baş Naziri

İvo YOSIPOVİÇ
2010-2015-ci illərdə Xorvatiyanın Baş Naziri

Stepan MESİÇ
2000-2010-cu illərdə Xorvatiyanın Prezidenti

Mirko SVETKOVİÇ
2008-2012-ci illərdə Serbiyanın Baş Naziri

Sali BERİŞA
1992-1997-ci illərdə Albaniyanın Prezidenti 2003-2015-ci illərdə Albaniyanın Baş Naziri

Recep MEİDANİ
1997-2002-ci illərdə Albaniyanın Prezidenti

Buyar NİŞANİ
2012-2017-ci illərdə Albaniyanın Prezidenti

Jan Ömər BERİZİKİI
2011-2014-cü illərdə Madaqaskarın Baş Naziri

Daliya İTZİK
İsrailin sabiq Prezidenti

Elza PAPADEMETRU
Yunanıstan parlamentinin sabiq vitse-prezidenti

Rozalia Artega SERRANO
Ekvadorun sabiq Prezidenti

Giorgi MARQVELAŞVİLİ
2013-2018-ci illərdə Gürcüstanın sabiq Prezidenti

Emil KONSTANTİNESKU
1996-2000-ci illərdə Rumıniyanın sabiq Prezidenti

Şövkət ƏZİZ
2004-2007-ci illərdə Pakistanın Baş Naziri

Jomart OTORBAYEV
Qırğızıstanın sabiq Baş Naziri

Rövşən MURADOV
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi


Zati-aliləri cənab Prezident!

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Türkdilli Ölkələrin Parla­ment Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Türk dünyasında ilk respublika olan Azərbaycan zati-alinizin rəhbərliyi ilə böyük uğurlar qazanaraq gündən-günə inkişaf edir. Əminəm ki, bu davamlı inkişaf yeni nailiyyətlərə yol açacaq.

Əminliklə qeyd etmək istərdim ki, Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində türkdilli ölkələr arasında əməkdaşlıq daha da dərinləşərək inkişaf etməkdədir. Bu əməkdaşlığa parlamentlərarası səviyyədə töhfəsini verən TÜRKPA Katibliyinə daim göstərdiyiniz hərtərəfli diqqət və dəstəyinizə görə Sizə minnətdaram.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramı münasibətilə Zati-alinizi təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Yüksək hörmət və ehtiramla,

Altınbek MAMAYUSUPOV
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi


Hörmətli cənab Prezident!

TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan zati-alinizi və qardaş Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı zati-alinizin TÜRKSOY-a göstərdiyi qayğını və dəstəyi, ortaq türk mədəniyyətinin inkişa­fında və təbliğ olunmasında rolunu yüksək qiymətləndirir.

Əmin ola bilərsiniz ki, TÜRKSOY təşkilatı ilə Azərbaycan Respublikası ara­sında mədəniyyət sahəsində əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə davam etdiriləcək və TÜRKSOY çərçivəsində həyata keçiriləcək beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyəti, incəsənəti layiqincə təmsil olunacaqdır.

Fürsətdən istifadə edərək, həmçinin müqəddəs Ramazan bayramınızı təbrik edir, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, tərəqqi arzulayıram.

Dərin hörmət və ehtiramla,

Düsen KASEİNOV
TÜRKSOY-un Baş Katibi


Möhtərəm cənab Prezident!

Sizi Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm, işlərinizdə uğurlar, möhkəm cansağlığı arzulayıram.

Tarixi 1918-ci ildən başlayan və 1991-ci ildə bərpa olunan Azərbaycanın müstəqilliyi uzun yol keçmişdir.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması təhlükə ilə üzləşən müstəqilliyimizi qoruyub saxladı. Qısa bir zamanda Azərbaycanda böyük dəyişikliklər baş verdi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə barış və inkişaf gətirdi.

Siz Heydər Əliyev siyasətinə və dəyərlərinə yeni nəfəs gətirərək Azərbaycanda dünya əhəmiyyətli layihələrin həyata keçməsinə nail oldunuz. Bu gün Sizin həyata keçirdiyiniz islahatlar ölkəmizin inkişa­fına yönəldilir və Azərbaycan dünyanın aparıcı dövlətlərinin sırasında özünə layiq yer tutur.

Sizin xalqa arxalanaraq Azərbaycanın bü­tövlüyü uğrunda həyata keçirdiyiniz fövqəladə vacib siyasətiniz ölkəmizin hər bir vətəndaşı tərəfindən dəstəklənir. Bu istiqamətdə apardı­ğınız fəaliyyətdə Sizə böyük uğurlar, cansağlı­ğı və ailə səadəti arzulayıram.

Dərin hörmətlə,

Asəf HACIYEV
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş Katibi


Möhtərəm cənab Prezident!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Beynəlxalq Türk Akademi­yasının rəhbərliyi adından və şəxsən öz adım­dan Sizə səmimi təbriklərimi çatdırmaqdan və ən xoş arzularımı bildirməkdən şərəf duyuram.

Müstəqil Azərbaycan Respublikası Sizin yorulmaz fəaliyyətiniz sayəsində sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanaraq dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

COVID-19 pandemiyasının yayılması ilə bağlı yaranmış mövcud şəraitdə Sizin təşəbbüsünüzlə türkdilli dövlətlərin proseslərə çevik reaksiya göstərməsi və böhran şəraitində dərin həmrəylik nümayiş etdirməsi beynəlxalq ictimaiyyət üçün əsl örnək oldu.

Bu xoş fürsətdən istifadə edərək Sizi bir daha ürəkdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Darxan KIDIRƏLİ
Beynəlxalq Türk Akademiyasının prezidenti

23 2020 09:05 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə