• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikada fəaliyyət göstərən diaspor rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar

Amerikada fəaliyyət göstərən diaspor rəhbərləri Diasporla İş üzrə Dövlət Komitəsində olublar

Azərbaycanda keçirilən Nəsimi Festivalı çərçivəsində Bakıya dəvət olunan “Bruklin-Bakı Dostluq Assosiasiyası”nın prezidenti Marietta Rozental, “Mənim Yolum” İnkişaf Mərkəzinin prezidenti Elina Xanukova və “AZZEM” Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümov oktyabrın 2-də Diasporla İş üzrə Dövlət Komitəsində olublar. 

Komitədən aldığımız məlumatda bildirilir ki, görüşdə Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti, təşkilatlar arasında koordinasiyanın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, qonaqlara Dövlət Komitəsinin yenilənmiş internet sayt və ilk dəfə yaradılan diaspor xəritəsi barədə məlumat verilib. 
Komitə sədrinin birinci müavini Valeh Hacıyev, aparat rəhbəri Daşqın Rəcəbli və Amerika şöbəsinin müdir müavini Səlhət Abbasovanın iştirak etdiyi görüşdə Azərbaycan diaspor təşkilatlarının yaxın gələcəkdə ABŞ-da həyata keçirəcəyi layihələr haqqında da müzakirələr aparılıb.

 

Samirə Əliyeva,
"Xalq qəzeti”

3 Oktyabr 2018 14:15 - SƏHİYYƏ
SƏHİYYƏ
16 Oktyabr 2018 | 11:47
Tibbə dair əlyazmalar kataloqu

Ən son xəbərləri səhifəmizdən də izləyin