Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:107) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 134
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 1999, № 8, maddə 486; 2000, № 3 (I kitab), maddə 158; 2001, № 12, maddə 755; 2003, № 10, maddə 546; 2004, № 4, maddə 231; 2006, № 8, maddə 660; 2008, № 3, maddə 174, № 8, maddə 714; 2009, № 7, maddə 542; 2012, № 11, maddə 1080; 2014, № 10, maddə 1217, № 12, maddə 1552; 2016, № 2 (II kitab), maddə 239; 2017, № 7, maddə 1320, № 12 (I kitab), maddə 2342; 2019, № 3, maddə 436, № 5, maddə 843) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-1-ci bəndə “ikinci” sözündən sonra “(birinci halda)” sözləri əlavə edilsin;

1.2. 2.2-1-ci və 2.2-2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2-1. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2-2. həmin Məcəllənin 45-ci maddəsinin 4-cü bəndinin birinci cümləsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqa­nının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

1.3. 2.2-3-cü bənd ləğv edilsin;

1.4. 2.7-ci, 2.8-ci və 2.9-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.7. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin ikinci cümləsində (ikinci və üçüncü hal­larda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublika­sının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;

2.8. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.9. həmin Məcəllənin 56-cı maddəsinin 10-cu bəndinin birinci cümləsinə əsasən ödənilən xidmət haqqının 43 faizi Azərbaycan Respublika­sının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesabına köçürülür.”.

2. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Top­lusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.16-cı, 4.17-ci və 4.18-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.16. həmin Məcəllənin 106-cı maddəsinin ikinci cümləsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;

4.17. həmin Məcəllənin 106-cı maddəsinin ikinci cümləsində (dördüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirli­yinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agent­liyi (yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respub­likası Fövqəladə Hallar Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən, o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxıl­ması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər;

4.18. həmin Məcəllənin 106-cı maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

2.2. aşağıdakı məzmunda 4.19-cu bənd əlavə edilsin:

“4.19. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 106-cı maddəsinin ikinci cümləsinə uyğun olaraq, həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən ödənilən xidmət haqqının 43 fa­izi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası­nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hesabına köçürülür.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2020-ci il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il

23 May 2020 09:49 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə