Warning: Cannot modify header information - headers already sent by (output started at /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php:83) in /var/www/xalqqazeti/public_html/xalqqazeti.com/index.php on line 133
Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 441 nömrəli, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 398 nömrəli, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2019-cu il 31 yanvar tarixli 502 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 27 dekabr tarixli 446 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorun­ması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosani­tar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublika­sının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqra­siya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Preziden­tinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1011; 2008, № 8, maddə 718; 2009, № 8, maddə 630; 2010, № 3, maddə 186; 2015, № 7, maddə 841; 2018, № 4, maddə 672, № 12 (I kitab), maddə 2553; 2019, № 8, maddə 1386; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 988 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-1-ci bəndə “Qanunun” sözündən sonra “39.4-cü maddəsinin ikinci cümləsində və” sözləri əlavə edilsin;

1.2. 2.7-1-ci bənddə “və 36.3-cü maddəsinin ikinci cümləsində” sözləri “, 36.3-cü maddəsinin və 39.4-cü maddəsinin ikinci cümlələrində” sözləri ilə əvəz edilsin;

1.3. 2.7-2-ci, 2.7-3-cü və 2.7-4-cü bəndlər ləğv edilsin.

2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 667; 2007, № 6, maddə 613; 2010, № 3, maddə 186, № 5, maddə 402; 2014, № 11, maddə 1393; 2015, № 2, maddə 133; 2016, № 6, maddə 1041, № 12, maddə 2094; 2018, № 4, maddə 673, № 12 (I kitab), maddə 2554; 2019, № 2, maddə 248, № 5, maddə 864) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.6-cı, 2.7-ci və 2.8-ci bəndlər ləğv edilsin;

2.2. 2.9-cu bəndə “Qanunun” sözündən sonra “34.5-ci maddəsinin ikinci cümləsində və” sözləri əlavə edilsin;

2.3. 2.10-cu bənddə “və 22.1-ci maddəsində” sözləri “, 22.1-ci maddəsində və 34.5-ci maddəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda)” sözləri ilə əvəz edilsin;

3. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1348-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 398 nömrəli Fərmanının (Azərbaycan Respublikası­nın Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2555) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.3-cü və 2.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 8-ci maddəsinin beşinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublika­sının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4. həmin Qanunun 8-ci maddəsinin beşinci hissəsinin birinci cümləsində (ikinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;”;

3.2. 2.5-ci bənd ləğv edilsin.

4. “Azərbaycan Respublikası İqtisa­diyyat Nazirliyinin maddi-texniki bazasının yaxşılaşdırılması, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 446 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2603) aşağı­dakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddən “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada bölüşdürülür və” sözlər çıxarılsın;

4.2. 2.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olun­sun və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

“2.3. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsait aşağıdakı qayda­da bölüşdürülür:

2.3.1. 93 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki baza­sını yaxşılaşdırmaq, Aparatının və regional bölmələrinin işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2.3.2. 7 faiz dövlət büdcəsinə köçürülür.”.

5. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464; 2018, № 12 (I kitab), maddə 2578; 2019, № 7, maddə 1220) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.4-1-ci və 2.4-2-ci bəndlər aşağı­dakı redaksiyada verilsin:

“2.4-1. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.4-2. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsinin birinci cümləsində hər iki halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqti­sadiyyat Nazirliyi və Azərbaycan Respubli­kasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;

5.2. 2.4-3-cü və 2.4-4-cü bəndlər ləğv edilsin;

5.3. 2.6-cı bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olun­sun və aşağıdakı məzmunda 2.7-ci bənd əlavə edilsin:

“2.7. həmin Qanunun 20-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan, “Sosial sığorta haqqında” Azərbaycan Respub­likası Qanununun tələblərinin pozulma­sına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 43 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə he­sablanan faiz məbləğinin 23 faizi aşağıdakı kimi bölüşdürülür:

2.7.1. 43 faiz üzrə:

1. 21,5 faiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2. 21,5 faiz Azərbaycan Respublika­sı İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2.7.2. 23 faiz üzrə:

1. 11,5 faiz Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür;

2. 11,5 faiz Azərbaycan Respublika­sı İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülür.”.

6. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublika­sının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respubli­kası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92, № 12, maddə 1941) 6-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.14-cü bənd aşağıdakı redaksiya­da verilsin:

“6.14. həmin Qanunun 15-9.2-ci maddəsinin ikinci cümləsində “orqan (qu­rum)” dedikdə vəsaitin bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Nazirlər Kabi­neti nəzərdə tutulur;”;

6.2. 6.15-ci bənd aşağıdakı redaksiya­da verilsin:

“6.15. həmin Qanunun 15-9.2-ci maddəsinin birinci cümləsində (hər iki hal­da) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;”;

6.3. 6.16-cı bənd ləğv edilsin;

6.4. 6.17-ci bənd aşağıdakı redaksiya­da verilsin:

“6.17. həmin Qanunun 15-9.2-ci maddəsinə uyğun olaraq “Tibbi sığor­ta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının Ver­gi Məcəlləsinə əsasən vergi orqanları tərəfindən tətbiq olunan maliyyə sank­siyalarının 43 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə he­sablanan faiz məbləğinin 23 faizi aşağıdakı kimi bölüşdürülür:

6.17.1. 43 faiz üzrə:

1. 21,5 faiz Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin nazirliyin hesabına köçürülür;

2. 21,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki ba­zasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin agentliyin hesabına köçürülür;

6.17.2. 23 faiz üzrə:

1. 11,5 faiz Azərbaycan Respublika­sı İqtisadiyyat Nazirliyinin maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin nazirliyin hesabına köçürülür;

2. 11,5 faiz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maddi-texniki ba­zasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin agentliyin hesabına köçürülür.”.

7. Bu Fərman 2020-ci il aprelin 1-dən tətbiq edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2020-ci il

23 2020 09:46 - FƏRMANLAR
FƏRMANLAR
18 İyul 2020 | 23:37
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 130-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında” 2015-ci il 14 iyul tarixli 554 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə