Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Baş Naziri ilə İranın Birinci vitse-prezidenti arasında telefon danışığı olub

Mayın 21-də İran tərəfinin təşəbbüsü ilə Azərbaycan Respub­likasının Baş Naziri Əli Əsədov və İran İslam Respublikasının Birinci vitse-prezidenti İshaq Cahangiri arasında telefon danışığı olub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Telefon danışığı əsnasında koro­navirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə iki ölkə tərəfindən görülən uğurlu tədbirlərə dair məlumat mübadiləsi aparılıb.

İran tərəfi pandemiyaya qarşı mübarizə məqsədilə göstərilən hu­manitar yardıma görə Azərbaycana təşəkkürünü bildirib.

Yükdaşımalarının fasiləsiz şəkildə həyata keçirilməsini təmin etmək üçün nəqliyyat dəhlizləri çərçivəsində görülən işlər xüsusi vurğulanıb.

İran tərəfi pandemiya dövründə İran vətəndaşlarının Azərbaycan ərazisindən öz ölkələrinə qayıtmaları üçün ya­radılan şəraitə görə minnətdarlığını bildirib. İran tərəfi mayın 22-də daha 120 İran vətəndaşının Astara keçid məntəqəsindən öz ölkələrinə qayıtmala­rı barəsində məlumatlandırılıb.

İran tərəfi Azərbaycanda məhkum olunan İran vətəndaşlarının humanizm prinsiplərinə əsaslanaraq ekstradisiyası­nın mümkünlüyünü nəzərdən keçirməyi bir daha xahiş edib.

Telefon danışığı əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

AZƏRTAC

23 2020 09:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə