Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salımsay Kommasit: Azərbaycan-Laos münasibətləri ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişaf edib

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Laos Xalq Demokratik Respublika­sının Xarici İşlər naziri Salımsay Kommasit iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov məktubunda ilk olaraq, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplo­matik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə öz həmkarı Salımsay Kommasitə ən səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Nazir, iki ölkə arasında qarşılıqlı anlaşma, müstəqillik, suverenlik və ərazi bütövlüyünə hörmət əsasında qurul­muş münasibətlərin və əməkdaşlığın gələcək illərdə də inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib.

Məktubda Azərbaycanın ilə Laos arasında mövcud dialoq və əməkdaşlığa böyük əhəmiyyət verildiyi vur­ğulanıb və qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğu qeyd olunub.

Sonda nazir E.Məmmədyarov qarşı tərəfi Azərbaycan Respublikasına səfər etməyə dəvət edib və Laos xalqına xoşbəxtlik, əmin-amanlıq və firavanlıq arzulayıb.

Laos Xalq Demokratik Respublikasının Xarici İşlər naziri Salımsay Kommasit Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırıb.

Salımsay Kommasit ötən 25 il ərzində ölkələr ara­sında dostluq münasibətləri və səmərəli əməkdaşlığın ikitərəfli əsasda və çoxtərəfli müstəvidə inkişafını və genişləndiyini qeyd edib. Böyük səylər sayəsində ölkə və xalqların həqiqi mənafeyi naminə bölgədə, habelə bütün dünyada sülh, sabitlik və əməkdaşlığın inkişafı məqsədilə Laos ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıq ruhundakı əlaqələrin bundan sonra da möhkəmlənərək genişlənəcəyindən əmin olduğunu ifadə edib.

Sonda nazir Salımsay Kommasit nazir Elmar Məmmədyarova və bütün XİN kollektivinə möhkəm can­sağlığı, şəxsi firavanlıq və gələcək fəaliyyətdə uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında diplomatik münasibətlər 1995-ci il mayın 22-də qurulub.

23 2020 15:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə