Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluqda yeni vəzifəyə təyin olunmuş kadrlar kollektivə təqdim ediliblər

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə Baş prokurorun yeni təyin olunmuş birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov kollektivə təqdim ediliblər.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi gündəlik diqqət və qayğıya görə təşəkkürünü bildirərək prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüstəm Usubova və Namiq Əsgərova “Əməkdar hüquqşünas” fəxri adının verilməsinin dövlətimizin başçısı tərəfindən Azərbaycan Prokurorluğuna verilən yüksək qiymətin göstəricisi olduğunu xüsusi vurğulamaqla yeni təyin edilən şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Rüstəm Usubov və Namiq Əsgərov fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkürlərini bildirib, xidmət illəri ərzində xalqa və dövlətə sədaqət prinsiplərini rəhbər tutduqlarını, vətənpərvərlik və peşəkarlıq irsinin daim uca tutulduğu prokurorluq orqan­larında xidmət etməkdən şərəf duyduq­larını ifadə ediblər.

Göstərilən yüksək etimada görə Elçin Məmmədov, Elmar Camalov, və Nazim Rəcəbov dövlətimizin başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək, fəaliyyətlərində şəffaflıq və dürüstlük prinsiplərinin daim uca tutacaqlarını diqqətə çatdırıblar.

AZƏRTAC

23 May 2020 14:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 03:16
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə