Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlər kabineti yanında operativ qərargah karantin rejiminin yenidən sərtləşdirilməsini zəruri hesab etmir

Nazirlər Kabineti yanında operativ qərargah ölkədəki ümumi sanitar-epidemioloji vəziyyəti müzakirə edib. Ümumi rəyə görə, vəziyyət karantin rejimini yenidən sərtləşdirmək üçün əsas vermir.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında ope­rativ qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, bəzi ölkələrdə yumşalmadan sonra sərtləşməyə dönüş var. Lakin Nazirlər Kabineti yanında operativ qərargah karantin rejiminin sərtləşdirilməsinə qayıtmağı zəruri say­mır. Bununla yanaşı, karantin rejiminin daha da yumşaldılması və tamamilə ləğv edilməsi də hələlik mümkün hesab olunmur.

23 May 2020 14:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə