Ən son xəbərlər
№ 183 Bakı şəhəri, 19 may 2020-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2005-ci il 22 mart tarixli 50 nömrəli, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” 2005-ci il 18 iyun tarixli 106 nömrəli, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2005-ci il 14 dekabr tarixli 229 nömrəli, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2006-cı il 17 iyun tarixli 149 nömrəli, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2008-ci il 30 aprel tarixli 105 nömrəli, “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” 2009-cu il 6 may tarixli 77 nömrəli, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 15 fevral tarixli 36 nömrəli və “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub-likasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 may tarixli 1201 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7 (II kitab), maddə 1664, № 9, maddə 1941; 2019, № 3, maddə 561, № 4, maddələr 752, 755, № 7, maddə 1350) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.5.2-ci yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 542; 2006, № 11, maddə 1003; 2009, № 1, maddə 22; 2013, № 6, maddə 761; 2015, № 12, maddə 1594; 2016, № 3, maddə 613, № 6, maddə 1227, № 8, maddə 1449; 2019, № 4, maddə 755) ilə təsdiq edilmiş “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 10.5.2-2-ci yarımbəndində “mühasibat balansla-rının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1229; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2013, № 6, maddə 762; 2014, № 1, maddə 69; 2015, № 12, maddə 1593; 2016, № 6, maddə 1222; 2017, № 8, maddə 1608, № 9, maddə 1747; 2019, № 4, maddə 755) ilə təsdiq edilmiş “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.6.9-cu yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 576; 2008, № 6, maddələr 584, 586; 2010, № 6, maddə 566, № 11, maddə 1039; 2013, № 6, maddələr 741, 763; 2016, № 3, maddə 577, № 9, maddə 1580; 2017, № 2, maddə 322; 2018, № 2, maddə 346; 2019, № 3, maddə 561, № 4, maddə 755; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 469 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 7.6.2-3-cü yarımbəndində “müha-sibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 324, № 10, maddə 929, № 12, maddə 1117; 2013, № 6, maddə 765, № 8, maddə 1019; 2014, № 2, maddə 218; 2016, № 3, maddə 578, № 12, maddə 2235; 2017, № 3, maddə 481, № 7, maddə 1504; 2019, № 4, maddə 755, № 5, maddə 948) ilə təsdiq edilmiş “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.3-cü bəndində “hesabatını” sözü “hesabatlarını” sözü ilə və 6.5.7-ci yarımbəndində “hesabatı” sözü “hesabatları” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 may tarixli 77 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 385; 2014, № 6, maddə 732; 2016, № 3, maddə 579; 2019, № 4, maddə 755) ilə təsdiq edilmiş “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 10.3-cü bənddə “hesabatını” sözü “hesabatlarını” sözü ilə əvəz edilsin və həmin bəndə “mətbu orqanında” sözlərindən əvvəl “internet səhifəsində və ya” sözləri əlavə edilsin;
6.2. 10.4-cü bənddə “hesabatına” sözü “hesabatlarına” sözü ilə və “maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, mühasibat balanslarını, mənfəət və zərər hesablarını” sözləri “illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabat-larını” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 156; 2013, № 6, maddə 766; 2014, № 5, maddə 575; 2016, № 3, maddə 580, № 4, maddə 792; 2017, № 8, maddə 1613; 2019, № 3, maddələr 518, 561, № 4, maddə 756) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 5.4-cü bəndində “hesabatını” sözü “hesabatlarını” sözü ilə, “və” sözü “və ya” sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 dekabr tarixli 240 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1121; 2012, № 9, maddə 918; 2014, № 6, maddə 747, № 9, maddə 1125; 2016, № 3, maddə 581; 2017, № 10, maddə 1882; 2018, № 3, maddə 591; 2019, № 3, maddə 561, № 4, maddə 756) ilə təsdiq edilmiş “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
8.1. 5.3-cü bənddə “hesabatını” sözü “hesabatlarını” sözü ilə əvəz edilsin və həmin bəndə “mətbu orqanda” sözlərindən əvvəl “internet səhifəsində və ya” sözləri əlavə edilsin;
8.2. 5.4-cü bənddə “hesabatına” sözü “hesabatlarına” sözü ilə və “maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə hesabatlarını (mühasibat balansı, mənfəət və zərər hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər)” sözləri “illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin;
8.3. 7.5.8-ci yarımbənddə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri
Köhnə versiyamızdan xəbərləri izlə