Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 182 Bakı şəhəri, 19 may 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2014-cü il 24 yanvar tarixli 18 nömrəli, “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 13 fevral tarixli 44 nömrəli, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2014-cü il 25 iyun tarix­li 201 nömrəli, “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2014-cü il 3 dekabr tarixli 382 nömrəli, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturu­nun təsdiq edilməsi barədə” 2015-ci il 14 may tarixli 190 nömrəli, “Azərbaycan Respub­likası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və Strukturunun təsdiq edilməsi barədə” 2015-ci il 18 dekabr tarixli 391 nömrəli, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” 2016-cı il 11 may tarixli 187 nömrəli və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və struktu­runun təsdiq edilməsi barədə” 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respubli­kasının Mənzil Məcəlləsində və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1584-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 23 may tarixli 1201 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 67, № 10, maddə 1321; 2016, № 3, maddə 584, № 5, maddə 957, № 8, maddə 1428, № 11, maddə 1978; 2018, № 7 (II kitab), maddə 1620; 2019, № 2, maddə 346, № 4, maddə 756) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6.5.2-ci yarımbənddə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;

1.2. 8.3-cü bəndə “mətbu orqanda” sözlərindən əvvəl “internet səhifəsində və ya” sözləri əlavə edilsin;

1.3. 8.5-ci bənddə “hesabatına” sözü “hesabatlarına” sözü ilə və “maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans” sözləri “illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2014, № 2, maddə 199; 2016, № 3, maddə 582; 2017, № 9, maddə 1757; 2019, № 3, maddə 562, № 4, maddə 756, № 5, maddə 952) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4.9-cu yarımbənddə “mühasibat balansları, mənfəət və zərər hesabları” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;

2.2. 5.3-cü bənddə “hesabatını” sözü “hesabatlarını” sözü ilə əvəz edilsin və həmin bəndə “mətbu orqanda” sözlərindən əvvəl “in­ternet səhifəsində və ya” sözləri əlavə edilsin;

2.3. 5.4-cü bənddə “hesabatına” sözü “hesabatlarına” sözü ilə və “maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə hesabatlarını (mühasibat balansı, mənfəət və zərər hesabları, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər)” sözləri “illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin;

2.4. 6.4.7-ci yarımbənddə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 25 iyun tarixli 201 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 754; 2016, № 3, maddə 583; 2017, № 12 (II kitab), maddə 2511; 2019, № 4, maddə 756) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 6.5.2-ci yarımbənddə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;

3.2. 8.2-ci bənddə “hesabatına” sözü “hesabatlarına” sözü ilə və “maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans və digər zəruri sənədləri” sözləri “illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin;

3.3. 8.4-cü bəndə “dərc etdirməyə və” sözlərindən sonra “ya” sözü əlavə edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 dekabr tarixli 382 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1660; 2016, № 3, maddə 585; 2019, № 4, maddə 756, № 5, maddə 948) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.4.8-ci yarımbənddə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;

4.2. 8.4-cü bəndin dördüncü cümləsinə “mətbu orqanda” sözlərindən əvvəl “internet səhifəsində və ya” sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 14 may tarixli 190 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2015, № 5, maddə 671; 2016, № 2 (II kitab), maddə 391, № 3, maddə 586; 2017, № 10, maddə 1875; 2018, № 6, maddə 1347, № 7 (II kitab), maddə 1658; 2019, № 4, maddə 756) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamna-məsi”nin 6.5.2-ci yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2015-ci il 18 dekabr tarixli 391 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2015, № 12, maddə 1588; 2017, № 9, maddə 1760, № 10, maddə 1932; 2019, № 4, maddə 756) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

6.1. 6.5.5-ci yarımbənddə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;

6.2. 8.5-ci bənddə “hesabatını” sözü “hesa­batlarını” sözü ilə əvəz edilsin və həmin bəndə “mətbu orqanda” sözlərindən əvvəl “internet səhifəsində və ya” sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2016-cı il 11 may tarixli 187 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2016, № 5, maddə 947; 2019, № 4, maddə 756, № 5, maddə 965; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 dekabr tarixli 476 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

7.1. 6.6.1-ci və 7.5.1-ci yarımbəndlərdə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;

7.2. 9.4-cü bəndin dördüncü cümləsində “və” sözü “və ya” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2016-cı il 4 oktyabr tarixli 375 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2016, № 10, maddə 1694; 2019, № 4, maddə 756) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

8.1. 6.5.1-ci və 7.5.2-ci yarımbəndlərdə “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilsin;

8.2. 9-cu hissənin adı aşağıdakı redaksiya­da verilsin:

“9. Cəmiyyətdə uçot və hesabat”;

8.3. 9.4-cü bəndin dördüncü cümləsində “və” sözü “və ya” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə