Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hande Harmancı: ÜST Azərbaycan hökuməti ilə birgə əhalini seroloji testlərdən keçirəcək

Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə tez-tez yeni testlər hazırlanır. Hazırda virusa yoluxub-yolux­mamağı müəyyənləşdirən seroloji testlərdən istifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan hökuməti ilə birgə əhalini seroloji testlərdən keçirməyi və neçə faizin xəstəliyi keçirmiş olduğunu müəyyənləşdirməyi nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı mayın 22-də REACT-C19 layihəsinin ikinci mərhələsinin ye­kunlarına dair keçirilən mətbuat konfransında deyib.

ÜST rəsmisi pandemi­yanın ikinci dalğasından da bəhs edərək bildirib ki, ondan qorxmamaq lazımdır. Nə qədər çox dalğa olarsa, pan­demiyanı bir o qədər çox üstələmişik deməkdir. Tək bir böyük dalğa olarsa, bu dalğa səhiyyə sistemini yükləyəcək, əhalinin sağlamlığına mənfi təsir edəcək. Biz hazırda tək böyük dalğa­dan qorunmuş vəziyyətdəyik.

“Karantin rejiminin yumşaldılmasından sonra yoluxma saylarında artım qeydə alınır. Bunun yeni dalğa olub-olma­dığını müəyyən müddət ərzində əvvəlki nəticələrə baxaraq müəyyənləşdirə bilərik. Lakin əhalinin əməl etməli olduğu profilaktik tədbirlər dəyişməz olaraq qalır. İnsanların yeni nor­malara – sosial məsafəyə, gigiyena qaydalarına, tibbi maska və əlcəkdən istifadəyə alışması lazımdır. Buna ən azı bu ilin sonunadək riayət edilməlidir. Bizim gözləntimiz müalicə üsu­lunun aşkarlanmasıdır ki, xəstəliyin ağır forması və ölümlər yaşanmasın”, - deyə H.Harmancı bildirib.

Xəstəliyə təkrar yoluxma hallarının mümkün olub-olmama­sına toxunan Hande Harmancının sözlərinə görə, bunun üçün koronavirusdan sağalan insanlar bir müddət müşahidə olunma­lıdır. Həmin şəxslərin qanında anticisimlərin qalıcılığı və onları qorumaq iqtidarında olduğu araşdırılmalıdır. Bu proses uzun müddət tələb edir.

23 2020 13:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə