Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MDB aqrar universitetlərinin rəhbərləri Azərbaycandakı mövcud durumla tanış olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında “Karantin və post­karantin dövründə ADAU-da tədrisin təşkili və qarşıda duran vəzifələr” mövzusunda məruzə etmişdir. O, pandemiyanın geniş yayılmaması üçün ölkə Prezidenti İlham Əliyevin gördüyü saysız-hesabsız tədbirlərdən, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı başqa dövlətlərə nümunə kimi göstərməsindən danışmış və qeyd etmişdir ki, bu uzaqgörənliyə, təsirli qabalayıcı tədbirlər həyata keçirdiyinə, əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab etdiyinə görə cənab Prezidentə vətəndaşlardan hər gün yüzlərlə minnətdarlıq məktubu daxil olur.

Məruzədə, eyni za­manda, ADAU-da tədris prosesi, elmi-tədqiqat işləri, aqrar məsləhət xidmətinin təşkilindən də söhbət açılmışdır. Rektor təhsilin onlayn, o cümlədən “ADAU TV” vasitəsilə aparılması, buraxılış kurs tələbələrinin yekun dövlət attestasiyası, istehsalat (diplomqabağı), habelə elmi-tədqiqat və elmi pedaqoji təcrübələrinin, semestr imtahanları üzrə qiymətləndirmələrin, ma­gistr dissertasiya işlərinin müdafiəsinin təşkili barədə məlumat vermişdir.

İclasda Qazaxıstan Milli Aqrar Universiteti, Qırğızıstan Milli Aqrar Universiteti, Mol­dova Dövlət Aqrar Univer­siteti, Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası, Moskva Dövlət Baytarlıq Təbabəti və Biotexnologiya Akademiyası, K.A.Timiryazev adına MKTA-Rusiya Dövlət Aqrar Universiteti, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Milli Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Rusiya Dövlət Yerquruluşu Universiteti, Taciksitan Dövlət Aqrar Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və prorektorları iştirak etmişlər.

Onlayn görüşdə post­karantin dövründə qar­şıda duran vəzifələr, o cümlədən məsafədən təhsilin təşkili, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat işləri və nəşrlər, eləcə də digər vacib məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

23 2020 13:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə