Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Qax şəhərinin küçələrində görüləcək abadlıq-quruculuq işlərinin satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.

Lot-1. Qax şəhərinin İmam Şamil, Mirzə Fətəli Axundzadə, Seyidcəfər Pişəvəri, İbrahim Abdullayev , Müslüm Maqomayev küçələrində və Azərbaycan prospektində görüləcək abadlıq-quruculuq işlərinin satın alınması.

Lot-2. Qax şəhərinin Şota Rustaveli, M.Ə.Sabir, Xəlil Ağamirov, F.Xan Xoyski küçələrində və C.Cabbarlı küçəsindəki döngələrdə görüləcək abadlıq- quruculuq işlərinin satın alınması.

İştirak haqqı hər lot üçün 150 (yüz əlli) manatdır.

Tender iştirakçılarına təklif edi­lir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa” müvafiq olaraq öz tender təkliflərini https://www.etender.gov.az/ rəsmi portalında elektron formada təqdim etməlidirlər.Tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsi aşağıda qeyd olunan meyarlara əsaslanacaqdır:

- aşağı qiymət, üstün keyfiyyət,analoji işlərin görülməsində təcrübə və maliyyə vəziyyəti.Təkliflərin qiymətləndirilməsi portal vasitəsilə aparılacaqdır.

Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba və ya portalda yaradılmış “ASAN” ödəniş vasitəsilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusu­nu Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvandan və https://www.etender.gov.az/ rəsmi elektron portalına daxil olaraq əldə edə bilərlər( əlaqələndirici şəxs (satınalınma mütəxəssisi) Qabulov Mustafa Əli oğlu, telefon 024-25-5-24-70 və 024-25-5-37-73, [email protected]).

Təşkilat- Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

Qax YXO

H/h- AZ20AİİB32051019447100201171

VOEN-4300088051

Bank-”Kapital Bank”ASC-nin Qax filialı

Kod-200714

VÖEN-9900003611

M/h-Az37NABZ 01350100000000001944

SWİFT Bik AİİBZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi(zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklfi məbləğinin 1 faizi həcmində bank zəmanəti( zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq orqanlardan arayış;

- iddaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank aryışı;

- -iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatı.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə ( əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “ Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanu­nuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yu­xarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 16 iyun 2020-ci il saat 18.00-a, tender təklifi və bank zəmanətini isə 25 iyun 2020-ci il saat 18.00-dək Qax şəhəri, Azərbaycan prospekti 26 nömrəli ünvanda Qax RİHB-in Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə və https://www.etender.gov.az/ rəsmi elektron portalında təqdim etməlidirlər.

Göstərilmiş vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 29 iyun 2020-ci il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. Eyni zamanda, elektron portala daxil olmaqla nəticələri öyrənmək olar.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

23 May 2020 10:26 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 Oktyabr 2020 | 00:03
B İ L D İ R İ Ş
30 Oktyabr 2020 | 02:37
B İ L D İ R İ Ş
30 Oktyabr 2020 | 02:36
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə