Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ “Açıq səma haqqında” müqavilədən çıxmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp ölkəsinin “Açıq səma haqqında” müqavilədən çıxacağını bəyan edib. Bu barədə dövlət başçısı Ağ evdə jurnalistlərlə görüşərkən deyib. Məlumatı “İnter­faks.ru” verib.

Tramp bildirib ki, hazır­da ölkəsi Rusiya ilə yaxşı münasibətdədir, ancaq Mosk­va bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmir. ABŞ Prezidenti qeyd edib ki, açıq səma ilə bağlı yeni müqavilə imzalamaq şansı çox yüksəkdir. Onun fikrincə, Rusiya “özü gələcək və yeni müqavilə imzalamaq arzusu­nu bildirəcək”.

Tramp əlavə edib ki, gələcəkdə müəyyən şərtlər daxilində açıq səma ilə bağlı müqaviləyə qayıtmaq, yaxud tamamilə yeni sənəd hazır­lığı variantına baxmaq olar: “Rusiya öhdəliklərini yerinə yetirməyincə biz müqavilədən kənarda qalacağıq”.

Rəsmi Moskva isə bəyan edib ki, açıq səma üzrə müqavilə fəaliyyətdə oldu­ğu müddətdə onun bütün maddələrinə əməl etmək niyyətindədir. Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

XİN rəsmisi deyib: “Bu məsələyə praqma­tik yanaşmaq lazımdır. Müqavilə qüvvədə olduqca biz ondan irəli gələn bü­tün öhdəliklərimizi yerinə yetirəcəyik”. Qruşko Rusi­yanın müqavilə iştirakçısı olan digər ölkələrlə ABŞ-ın son qərarını müzakirə edib-etməyəcəyi barədə suala cavabında bildirib ki, digər ölkələrin də öz öhdəliklərinə vicdanla yanaşacağına ümid edirlər.

“Açıq səma haqqında” müqavilə 1992-ci ildə im­zalanıb və soyuq müharibə dövründən sonra Avropada etimadın möhkəmlənməsinə hesablanıb. Sənəd 2002- ci ildən qüvvədədir və üzv ölkələrin bir-birinin silahlı qüvvələri və digər hərbi tədbirləri haqqında informa­siya almasına imkan verir. Müqaviləyə 34 ölkə imza atıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

23 May 2020 12:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Oktyabr 2020 | 15:42
Stadion xəstəxanaya çevrildi
20 Oktyabr 2020 | 12:40
Alanyada Azərbaycan bayraqları

Köhnə versiyamızdan xəbərləri izlə