Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ hərbçiləri üçün “Samsung Galaxy” smartfonunun xüsusi versiyası hazırlanıb

“Techcult” portalının məlumatına görə, ABŞ hərbçiləri üçün “Samsung” şirkətinin “Samsung Galaxy S20” smartfonunun xüsusi versiyası hazırlanıb.

Qeyd edilir ki, smart­fon ABŞ federal hökuməti və Müdafiə Nazirliyi ilə əməkdaşlıqda yaradılıb. Qurğuda məxfi məlumatların qorunması üçün iki etibarlı şifrələmə səviyyəsindən istifadə olunub. Yeni mo­del dərhal hərbi taktiki radiorabitə və missiya idarəetmə sistemlərinə qoşulur.

Bildirilir ki, smartfonda gecəgörmə eynəyindən istifadə üçün xüsusi rejim nəzərdə tutulub. Məxfi rejim mobil və radiorabitəni sön­dürür. Smartfonu hərbçinin sinəsinə bərkidilən zaman horizontal rejimdə asanlıqla blokdan çıxarmaq mümkün­dür.

“Samsung Galaxy S20 Tactical Edition” 6,2 düym diaqonallı ekran, “Snapd­ragon 865” prosessoru, 12 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş, 4 min milliamper/ saat tutumlu akkumulyator, “Galaxy S20” üçün standart kamera dəsti ilə təchiz edi­lib. Həmçinin model xüsusi qoruyucu çexol və xüsusi proqram təminatına malikdir.

2020-ci ilin üçüncü rübündə buraxılacaq “Sam­sung Galaxy S20 Tactical Edition” smartfonunun açıq satışa çıxarılması planlaşdı­rılmır.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

23 May 2020 12:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
24 Noyabr 2020 | 12:30
Gercək qələbə dastanı

Köhnə versiyamızdan xəbərləri izlə