Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sentyabrın ilk hərracına 76 dövlət əmlakı çıxarılıb

Sentyabrın ilk hərracına 76 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən prosedurların sadələşdirilmiş tətbiqi ilə keçirilən növbəti hərrac sentyabrın 4-də reallaşacaq. Ayın ilk hərracına ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Bu əmlakların 17-si səhmdar cəmiyyət, 32-si kiçik dövlət müəssisəsi, 24-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.

Komitədən bildirilib ki, ƏMDK açıq və şəffaf hərracları təşkil etməklə prosesdə vətəndaş rahatlığını və operativliyini təmin edir. Hər həftə reallaşan hərraclar özəlləşdirməni sürətləndirməklə yanaşı, ölkədə biznes perspektivlərini də artırır. Sifarişlərin onlayn formada verilməsi, hərrac keçirilən vaxt virtual formada iştirak şanslarından investorlar məhdudiyyət olmadan istifadə edə bilir. Hərraca çıxarılan dövlət əmlaklarının siyahısı ilə tanış olmaq, ətraflı məlumat əldə etmək və sifariş etmək üçün komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vətəndaşlara xidmət göstərir.

Özəlləşdirməyə çıxarılan müxtəlif iqtisadi sahələrə aid səhmdar cəmiyyətlər Şirvan, Bərdə, Tərtər, Kürdəmir və digər bölgələrdə yerləşir. Say və qiymət baxımından fərqli səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətlərə Tərtər Nəqliyyat, Zaqatala Fındıq, Bərdə Kəndkimya kimi dövlət əmlakları aiddir.

Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 30 kvadratmetr ilə 9297 kvadratmetr aralığındadır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Əmlak kompleksi torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu obyektin ümumi faydalı sahəsi 1169 kvadratmetrdir. Əmlaka sərmayə yatıraraq müxtəlif sahibkarlıq sahələrində uğur qazanmaq olar. Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Şəmkir Balıq Zavodunun ümumi faydalı sahəsi 341 kvadratmetrdir. Özəlləşdirilməsi üçün ilkin qiymət 45 min 250 manat təyin olunan obyektin fəaliyyətinin bərpası investora yeyinti sənayesi üzrə yüksək gəlir qazandıracaq.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

6 2018 18:02 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə