Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AİİB Banqladeşə 250 milyon dollar kredit ayırıb

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə Banqladeşə 250 milyon dollar kredit ayırıb. Bu barədə “Business İnsider” məlumat verib.

Məlumata görə, Asiya İnkişaf Bankı (AİB) ilə birgə maliyyələşdirilən bu kredit ölkə əhalisinin ən yoxsul və zəif təbəqələri, xüsusilə də kiçik və orta müəssisələrdə və qeyri-formal sektorda iş yerlərinin itirilməsindən əziyyət çəkənlər üçün, pan­demiyanın mənfi nəticələrinin aradan qaldırılması, eləcə də sosial müdafiəsinin gücləndirilməsi üçün Banq­ladeş hökumətinə büdcə dəstəyi məqsədi daşıyır.

Mənbə qeyd edir ki, dünyada ən yüksək əhali sıxlığına malik ölkələrdən biri olan Banqladeş korona­virus böhranına son dərəcə həssasdır. Ölkədə əhalisinin çox hissəsinin yaşayış yeri qeyri-rəsmidir, iş yerlərinin 80 faizindən çoxu isə qeyri-rəsmi sektordadır. Bu isə virusun yayılmasının qarşısı­nı almaq üçün sosial məsafə tədbirlərini çətinləşdirir. AİB-in qiymətləndirməsinə görə, virusun sürətlə yayılması 1,4 milyondan 3,7 milyona qədər iş yerinin itirilməsinə gətirib çıxaracaq.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

23 2020 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 10:34
Gürcüstanda virusa yoluxanlar

Köhnə versiyamızdan xəbərləri izlə