Ən son xəbərlər
Braziliyada COVİD-19 virusuna yoluxanların sayı rekord dərəcədə artıb. Son sutka ərzində ölkədə daha 19,9 min nəfərdə koronavirus aşkar edilib. Artıq Braziliyada COVİD-19 daşıyıcılarının sayı 291 min çatıb ki, bu da İtaliya ( 227 min yoluxma) və İspaniyada ( 230 min yoluxma) olduğundan çoxdur. 30 min nəfərdən çox insan isə koronavirusun qurbanı olub.
Braziliya Prezidenti Jair Bolsonar belə hesab edir ki, koronavirusa yoluxanları malyariya dərmanları ilə sağaltmaq olar. Ölkədə isə karantin rejimi yoxdur.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə