Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KXDR-də ÜST-ə dəstək verdi

Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR)  COVİD-19 pandemiyasına görə tənqidlərin hədəfinə çevrilən Ümumdünya Səhiyyə Təşkilatına(ÜST) dəstək nümayiş etdirib.

Bildirilir ki, Şimali Koreya heyəti pandemiyanın gözardı edilməsində ÜST-nin və ya hər hansı bir ölkənin günahlandırılmasını məsuliyyətsizlik adlandırıb. Həmçinin Şimali Koreya ÜST-ü təbii fəlakətləri siyasi maraqları üçün istifadə etməyə çalışan ölkələrdən ehtiyyatlı olmağa çağırıb.

Qeyd edək ki, Şimali Koreyada koronavirusa hər hansı yoluxma faktı ilə bağlı bu günə qədər heç bir açıqlama verilməyib.

Elçin ABBASOV,
“Xalq qəzeti”

22 May 2020 16:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə