Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin-Hindistan gərginliyi: Sərhədə əlavə ordu yığılır

“Reuters” agentliyinin yaydığı məlumata görə, Çin və Hindistanın sərhədə əlavə ordu yığması gərginliyi artırıb.

Bildirilir ki, hər iki ölkə Ladakx bölgəsi ətrafına əlavə hərbi qüvvə yerləşdirib.

Çin əsgərlərinin bölgədə 100 çadır qurduğu deyilir. Həmçinin, Panqonq-Tso gölündə patrul qayıqlarının sayı artırılıb.

Qeyd edək ki, bir neçə gün öncə Hindistan Çinlə sərhəd rayonları yaxınlığında Pekinə məxsus helikopterlərin peyda olmasından sonra qırıcılarını havaya qaldırıb.

Elçin ABBASOV,
“Xalq qəzeti”

22 May 2020 16:39 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə