Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Payız-qış aylarında ABŞ-da koronavirus dalğası təkrarlana bilər

“Medikforum” saytının məlumatına görə, ABŞ-da koronavirus dalğasının payız və ya qış aylarında təkrarlanması mümkündür və bu, daha bir izolyasiya rejiminin tətbiqi ehtimalını artırır.

Bu barədə ABŞ-ın xəstəliklərin nəzarəti və profilaktikası üzrə federal mərkəzlərinin rəhbəri Robert Redfild "The Financial Times" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ ictimai səhiyyə sahəsində növbəti böhrandan yayınmaq üçün yaxın bir neçə ay ərzində xəstəliklərin izlənməsi üzrə potensialını yüksək templə artırmalıdır. Çünki mövsümi qrip xəstəlikləri yeni koronavirus infeksiyasının ikinci dalğası ilə üst-üstə düşə bilər.

"Koronavirusun Cənub yarımkürəsinə yayılması ilə bağlı ehtimalımız özünü doğrultdu. Hazırda Braziliyada baş verənlərə baxın. Bundan sonra koronavirusun səbəb olduğu COVID-19 xəstəliyinin yayılma templəri şimalda yenidən sürətlənəcək", - deyə Robert Redfild bildirib.

O, həmçinin ABŞ-ın koronavirus səbəbindən çətin vəziyyətə düşdüyünü etiraf edib və bunu səhiyyə sistemində çatışmazlıqlarla əlaqələndirib. "Ölkə vəziyyətin bu cür inkişafına hazır deyildi. Sadə respirator virus patogeni həqiqətən də dövləti diz üstə çökdürdü", - deyə Robert Redfild əlavə edib.

Birləşmiş Ştatların baş infeksionistinin fikrincə, gələcəkdə bənzər faciələrin qarşısını almaq üçün ictimai səhiyyə sisteminə investisiyaların həcmi iki-üç dəfə artmalıdır.

“Xalq qəzeti”

22 May 2020 16:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə