Ən son xəbərlər
“AS” nəşrinin yaydığı məlumata görə, İngiltərənin “Mançester Siti” futbol klubunun hücumçusu Serxio Aquero Avropanın aparıcı komandalarının maraq dairəsinə düşüb.
Belə ki, İspaniyanın “Real” və İtaliyanın “İnter” futbol klubları Aquero ilə yaxından maraqlanırlar. “Mançester Siti” klubu sözügedən klubların təkliflərini dinləmək niyyətində deyil. Rəhbərlik argentinalı futbolçunu komandada saxlamağı planlaşdırır.
Yayılan xəbərlərə baxmayaraq, Aquero və “Napoli” arasında heç bir danışığın olmadığı bildirilir.
Elçin ABBASOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə