Ən son xəbərlər
Böyük Britaniyanın Oksford Universitetinin mütəxəssisləri koronavirus vaksininin sınaqlarının ikinci mərhələsinə start verib.
Sınaq mərhələsində 10 mindən çox könüllü iştirak edəcək. Sınaqların birinci mərhələsində 18-55 yaş qrupundan olan mindən çox könüllü iştirak edib.
Qeyd edək ki, Oksford Universitetinin mütəxəssisləri şimpanze virusu əsasında koronavirus vaksini yaratdığını bildirib.
Mütəxəssislər hesab edirlər ki, bu virus digər xəstəliklərə qarşı immunitetin yaradılmasında səmərəli olacaq.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə