Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhriyar Məmmədyarov daha bir onlayn turnirdə

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb.

Sportline.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən verir ki, 35 yaşlı qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess" klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

Məmmədyarovla yanaşı, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Pentala Xarikrişna (Hindistan), Ceffri Syun (ABŞ), Bassem Amin (Misir) və Saleh Salem (BƏƏ) də iştirak edəcəklər.

Mükafat fondu 10 000 ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

22 May 2020 11:42 - İDMAN
İDMAN
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi
16 Oktyabr 2020 | 02:33
Təzminat qiyməti açıqlanıb
9 Oktyabr 2020 | 01:05
Dünya rekordu yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə