Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DOST-un rəsmi internet saytı təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin rəsmi internet saytı (dost.gov.az) təqdim olunub. Təqdimat mərasimi DOST Agentliyinin rəsmi facebook hesabı ilə canlı yayımlanıb.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov indiyədək görülən işlərdən, gələcək planlardan danışıb, sayt barədə məlumat verib.

Saytda 11 əsas bölmə daxilində DOST-la bağlı qanunvericilik aktları və qurumun strukturu barədə məlumat verilir, habelə DOST mərkəzlərində göstərilən xidmətlərin pasportları, xidmətlər barədə informativ kitabçalar, statistika, xəbərlər, qalereya və s. təqdim edilir. Müasir dizayn üslubu ilə diqqəti cəlb edən saytda pensiya və sosial müavinətlər, təqaüdlər, ünvanlı dövlət sosial yardımı və əlillik,  məşğulluq, əmək münasibətləri və s. barədə, həmçinin bu sahələrdə DOST mərkəzlərində göstərilən xidmətlərə dair məlumatları əhatə edən altbölmələr təqdim edilir. Həmçinin saytda qeyd edilən mövzular üzrə 1000-dən çox sualın cavabı verilir. Burada axtarış bölməsi, faydalı linklər, sosial şəbəkələrə keçidlər və digər alt bölmələr də təqdim olunur.

Saytın yaradılması DOST Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək missiyasının tərkib hissəsi olmaqla, onların sosial sahə və bu sahədə xidmətlərlə bağlı düzgün və dolğun məlumatlarla operativ formada təmin edilməsinə xidmət edir.   

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2020 10:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə