Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirvandakı reabilitasiya müəssisəsi yaxın aylarda istifadəyə veriləcək

Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılır. 

Burada  müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılır. Müəssisədə sınanmış fizioterapevtik metodlardan  və müasir avadanlıqlardan istifadə edilməklə əlilliyi olan şəxslərə kompleks bərpa xidmətləri göstəriləcək.   

Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulan mərkəzdə əsaslı təmir və yenidənqurma işləri artıq başa çatmaq üzrədir və müəssisənin yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 May 2020 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Dekabr 2020 | 00:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə