Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həkimlər koranavirusa qalib gəldilər

Koronavirusa yoluxan və həyata dönən həkim haqqında yazını sosial şəbəkədən “Xəstə yoxdur, olsa, adlarını açıqlayarlar” - deyənlər üçün götürdüm.       

Lor cərrahı Ilqar Əzimov xəstənin boğazını müayinə edərkən koronavirusa yoluxmuşdu. Həddən artıq ağır vəziyyətdə Yeni klinikaya aparılmışdı. Hipoksiyada-- ağır tənəffüs çatışmazlığında olduğu üçün dərhal süni tənəffüslə cpap verildi. Lakin bu kömək etmədiyindən intubasiya edilərək tam olaraq süni tənəffüsə keçirildı. İlqar həkim 10 gün süni tənəffüs aparatında ölümlə mücadilə etdi. Ağciyərlər hər ikisi total olaraq pnevmoniya olduğuna görə, hətta süni tənəffüs aparatı da qanda oksigeni qaldıra bilmirdi. Süni tənəffüs aparatında 100 faiz oksigen ve yüksək PEEP verilməsinə baxmayaraq saturasiya 62-72 h faiz idi. C reaktiv zülal 600- dən yuxarı qalxmışdı. 

Real ölüm təhlükəsinə baxmayaraq həkimlər gecə gündüz dayanmadan çalışdı. Həkim kolleqanın həyatda qalması üçün bütün klinika səfərbər olundu. 10 gün süni tənəffüs aparatında qaldı.  Bu koronavirusla Azərbaycan həkimlərinin şiddətli müharibəsinin bariz nümunəsi idi. Hətta mübarizədə iştrak edən qadın həmkarların aparılan tədbirlərin effektsiz olduğunu gördükcə ağladığının şahidi olduq. Azərbaycanda həmin vaxtlar həkim ölümü yox idi, ilk həkim ölümü qeydə alına bilərdi deyə, klinika rəhbərliyindən kiçik tibb işçisinə qədər hamı bütün gücünü qoydu. 

Aparılan tədbirlər müsbət effekt verməyə başlayanda sevincimizin həddi hüdudu yox idi. Süni tənəffüs aparatından 10 gün sonra ayrıldıqda onun müalicəsində ciddi əməyi olmuş tibb üzrə fəlsəfə doktoru, dosent- reanimatoloq Kəmalə Namazova sevincindən göz yaşları axıtdı. Cərrah dostumuzu xilas etmək üçün öz canlarını real təhlükəyə atmış bu komandanın qəhrəmanlarını siz də tanıyın. Onların hər birini alqışlayaq! Sizinlə fəxr edirik və qürur duyuruq! Hər biriniz ən gözəl sözlərə layiqsiniz!

Yeni klinikanın baş həkimi, Azərbaycanda ən gənc yaşda tibb elmləri doktoru olmuş professor Pərviz Abbasovun rəhbərliyi ilə bu müharibədə vuruşmuş və qalib gəlmiş həkimlər.-- Reanimatoloqlar: Vüsal Nəbiyev (könüllü reanimatoloq anestezioloq), Kəmalə Namazova (tibb üzrə fəlsəfə doktoru, dosent, könüllü reanimatoloq), Lalə Həsənova (tibb üzrə fəlsəfə doktoru, Eksperimental Cərrahiyyə İnistitunda kardio reanimasiya şöbə müdürü), Şahmərdan Danyalov (könülü kardio reanimatoloq), Dayaq Əhmədli (könüllü kardio reanimatoloq), Leyla Məmmədova (könüllü kardio reanimatoloq), Vasif Əliyev (könüllü uzman infeksionist) və cəsur tibb bacıları, görünməyən tibb personalı, adları çəkilməyən, əməyi keçən bütün tibb işçiləri.

Azərbaycan həkimləri tərəfindən yenidən həyata qaytarılan İlqar həkim 40 günlük mücadilədən sonra xəstəxanadan evə yazıldı.

Hazırladı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 May 2020 10:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 03:16
Hava proqnozu
24 Noyabr 2020 | 12:30
Gercək qələbə dastanı

Köhnə versiyamızdan xəbərləri izlə