Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aqrar universitetin rektoru MDB-dəki həmkarlarına Prezident İlham Əliyevin gördüyü işlərdən danışdı…

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələrinin rektorlar şurasının onlayn iclasında “Karantin və postkarantin dövründə ADAU-da tədrisin təşkili və qarşıda duran vəzifələr” mövzusunda məruzə etmişdir. O, pandemiyanın geniş yayılmaması üçün ölkə Prezidenti İlham Əliyevin gördüyü saysız-hesabsız tədbirlərdən, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı başqa dövlətlərə nümunə kimi göstərməsindən danışmış və qeyd etmişdir ki, bu uzaqgörənliyə, təsirli qabalayıcı tədbirlər həyata keçirdiyinə, əhalinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab etdiyinə görə cənab Prezidentə vətəndaşlardan hər gün yüzlərlə minnətdarlıq məktubu daxil olur.           

Məruzədə eyni zamanda ADAU-da tədris prosesi, elmi-tədqiqat işləri, aqrar məsləhət xidmətinin təşkilindən də söhbət açılmışdır. 

Rektor təhsilin onlayn, o cümlədən “ADAU TV” vasitəsilə aparılması, buraxılış kurs tələbələrinin yekun dövlət attestasiyası, istehsalat (diplomqabağı), habelə elmi-tədqiqat və elmi pedaqoji təcrübələrinin, semestr imtahanları üzrə qiymətləndirmələrin aparılması, magistr dissertasiya işlərinin müdafiəsinin təşkili barədə məlumat vermişdir.       

İclasda Qazaxıstan Milli Aqrar Universiteti, Qırğızıstan Milli Aqrar Universiteti, Moldova Dövlət Aqrar Universiteti, Belarus Kənd Təsərrüfatı Akademiyası, Belarus Dövlət Kənd Təsərrüfatı Akademiyası, Moskva Dövlət Baytarlıq Təbabəti və Biotexnologiya Akademiyası, K.A.Timiryazev adına MKTA-Rusiya Dövlət Aqrar Universiteti, Ukrayna Bioresurslar və Təbiətdən İstifadə Milli Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Rusiya Dövlət Yerquruluşu Universiteti, Taciksitan Dövlət Aqrar Universiteti və digər ali təhsil müəssisələrinin rektorları və prorektorları iştirak etmişdir.    

Onlayn görüşdə postkarantin dövründə qarşıda duran vəzifələr, o cümlədən məsafədən təhsilin təşkili, müəllim və tələbələ mübadiləsi, birgə elmi-tədqiqat işləri və nəşrlər, eəcə də  digər vacib məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

22 2020 10:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 10:34
Gürcüstanda virusa yoluxanlar

Köhnə versiyamızdan xəbərləri izlə