Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, Azərbaycana və onun xalqına ürəkdən gələn rifah və inkişaf arzularımı qəbul etməyinizi xahiş edirəm.

Mən bu əlamətdar gündə Bolqarıstan Respublikasının Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq əlaqələrinin inki­şafını davam etdirmək niyyətini bir daha təsdiqləyirəm.

Xalqlarımızın dostluq əlaqələri ölkələrimiz arasındakı əməkdaşlığın təməl hissəsidir. Mən qəti əminəm ki, bizim əməkdaşlığımız inkişaf tempi ilə davam edəcəkdir və bu gün rastlaşdığımız qlo­bal pandemiya şəraitinin ortaya çıxardığı çətinliklərin öhdəsindən gəlməkdə əsas olacaqdır.

Hörmətli cənab Prezident, ən dərin ehtiramımı qəbul edin.

Rumen RADEV
Bolqarıstan Respublikasının Prezidenti

22 2020 02:41 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə