Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Respublika Günü münasibətilə Sizə və bütün Azərbaycan xalqına öz adımdan və Polşa xalqı adından ən xoş təbriklərimi və arzularımı çatdırıram.

Ortaq qəhrəmanlarımız general Maçey Sulkeviç və polkovnik Vəli bəy Yadigarın tarixi irsinə toxunaraq, ölkələrimizin və cəmiyyətlərimizin iqtisadi və sosial inkişafı üçün üzərimizə xüsusi bir məsuliyyət qoyan müasir çağırışları xatırlamalıyıq. Ümid edirəm və tam əminəm ki, ölkələrimizin iqtisadi inkişafı həm ikitərəfli, həm də beynəlxalq səviyyədə bu hədəflərə çatma­ğa xüsusilə kömək edəcəkdir.

Sizə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində, hərtərəfli inkişafın­da və bölgədə, eləcə də Avropa İttifaqı ilə güclü beynəlxalq münasibətlərin qurulma­sında davamlı uğurlar diləyirəm.

Hörmətlə,

Andjey DUDA
Polşa Respublikasının Prezidenti

22 2020 02:39 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə