Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm şəxsən öz adımdan, həm də xalqımın adından səmimi təbriklərimi çatdırıram.

Milli bayramınız bu il xüsusilə çətin şəraitdə qeyd edilir. Ümid edirəm ki, ko­ronavirus böhranının böyük çağırışlarının öhdəsindən birgə qlobal səylərimizlə gələ biləcəyik.

Biz son 28 ildə ikitərəfli münasibətlərimizin çox müsbət inkişafını müşahidə etdik. Ümid edirik ki, iqtisadi və sosial islahatlar kursu əməkdaşlığımız üçün növbəti perspektivlər açacaqdır. Mənim ölkəm bütün səviyyələrdə şəxsi söhbətlər və səfərlər vasitəsilə Azərbaycanla bu sıx münasibətlərin davam etdirilməsini və dərinləşdirilməsini həvəslə gözləyir.

Sizə və xalqınıza, ilk növbədə, cansağ­lığı, sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Frank-Valter ŞTAYNMAYER
Almaniya Federativ Respublikasının Prezidenti

22 2020 02:39 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə