Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin tərəqqisi və dost Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram.

Monteneqro və Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı çətin zamanlar­da çox sıx və zəngin əlaqələrinə ehtiram­la yanaşması dostluq və həmrəyliyimizi təsdiq etdi. Bu fürsətdən istifadə edib Zati-alinizə dövlətinizin, bizim azərbaycanlı tərəfdaşlarımızın və dostlarımızın Monte­neqronu mühüm ianələrlə və qoruyucu tibbi ləvazimatlarla təmin etmələrinə görə təşəkkür edirik. Mübarizəmizin ən həssas zamanında bu kömək vətəndaşlarımızın sağlamlığı və həyatlarını qorumaq üçün xüsusi əhəmiyyətə malik idi. Bu ölkələrimizin davamlı dostluğu­nun növbəti təsdiqi idi. Monteneqro bu dost­luğu yüksək dəyərləndirir və bunu hər zaman xatırlayacaq. Eyni zamanda, ölkənizin əzmli səylərlə və səmərəli tədbirlərlə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Milo CUKANOVİÇ
Monteneqronun Prezidenti

22 May 2020 02:35 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə