Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çindən Azərbaycana gətirilmiş tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim olunması mərasimi keçirilib

Mayın 21-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Çin Xalq Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxış ediblər.

Xarici işlər nazirinin müavini Ra­miz Həsənov yeni növ koronavirusla mübarizədə Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə tibbi vasitələrin növbəti dəstinin təhvil verilməsinə dair Xarici İşlər Nazirliyində daha bir tədbirin keçirilməsinin iki ölkə arasında fayda­lı münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.

Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən R.Həsənov bu əməkdaşlığın həm hökumətlərarası, həm də özəl şirkətlər və regionlararası müstəvidə yer aldığını ifadə edib.

Səfir Qo Min çıxışında Çin hökumətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepide­mik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimini təşkil etdiyinə görə Azərbaycanın Xarici İşlər Nazirliyinə səmimi təşəkkürünü ifadə edib.

Daha sonra səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlar­da köməkləşərək, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünyada təhlükəsizliyin qorun­masına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.

O, Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və digər ölkələrdən dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini qeyd edib. Xanım Qo Min Çin hökumətinin bu yaxşılığa cavab ola­raq, bir-birinin ardınca Azərbaycana epide­miya əleyhinə yardım layihəsi çərçivəsində antiepidemik vasitələrin üçüncü dəstini - 5000 ədəd epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3500 dəst tibbi qoruyucu geyim, 600 min birdəfəlik tibbi maska, 50 min tibbi KN95 maskası və sair verdiyini bildirib. Bundan əlavə, Çin müəssisələri və qeyri-hökumət təşkilatlarının Azərbaycana epidemiya ilə mübarizədə əməli töhfələr verərək, epide­miyanın qarşısının alınması üçün çoxsaylı materialları Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər gördüyünü deyib.

Sonda xanım Qo Min qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə xoş arzular diləyərək Azərbaycan Res­publikasını və xalqını təbrik edib və Çin- Azərbaycan dostluğunun əbədi olmasını diləyib.

Səhiyyə nazirinin müavini Viktor Qasımov çıxışında Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və dünyada qlobal sağlamlıq böhranına çevrilən COVID-19 pandemi­yasına qarşı beynəlxalq birliyin səylərinin birləşdirilməsinin əhəmiyyətini və məhz birgə səylər nəticəsində bu pandemi­yaya qalib gəlməyin mümkünlüyünü qeyd edib. Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğu­layan nazir müavini belə çətin zamanlarda dost yardımının önəmini də bildirib.

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində dövlət başçısının bilavasitə nəzarəti ilə həyata keçirilən ciddi tədbirlərdən bəhs edən V.Qasımov ölkədə COVID-19 infeksiyasına qarşı uğurlu mübarizə istiqamətində görülən işlərə toxunub. O, bu xüsusda yeni klinikaların inşası, bir çox tibbi cihaz və avadanlıqla­rın əldə edilməsi, dezinfeksiya vasitələri istehsal edən zavodun açılması və sair barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini hazırda yeni koronavirusla mübarizədə peyvəndin icad olunmadığı bir vaxtda, bu təhlükə ilə mübarizəyə hər zaman hazır olmağın vacibliyini vurğulayıb.

Tədbirin sonunda Viktor Qasımov və Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim edilməsinə dair təhvil-təslim aktları”nı imzalayıblar.

AZƏRTAC

22 May 2020 02:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə