Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Umayra Tağıyeva: Mayda atmosferdə çirkləndirici maddələrin miqdarının artımı müşahidə olunur

Atmosfer havasında müsbət dinamika müşahidə olunmaqdadır. Bakı şəhərinin bəzi nöqtələrində, xüsusən nəqliyyatın daha sıx olduğu ərazilərdə – Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektləri və Ukrayna dairəsində aparılan ölçü işləri göstərir ki, burada mart ayı və ötən ilin müvafiq dövrü ilə müqayisədə havada olan çirkləndirici maddələrin miqdarı 45-50 faizə qədər azalıb. Bu nəticələr aprelə olan rəqəmlərdir.

Bunu mayın 21-də Nazirlər Kabineti yanında operativ qərargahın təşkil etdiyi mətbuat konf­ransında Ekologiya və Təbii Sərvətlər Nazirli­yinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Nazirliyin rəsmisinin sözlərinə görə, son monitorinqin nəticəsi göstərir ki, mayda karantin rejiminin yumşaldılması nəticəsində atmosferdə olan çirkləndiricilərin miqdarının cüzi də olsa artımı müşahidə olunmaqdadır. Aprel ayı ilə müqayisədə atmosfer havasında çirkləndiricilərin miqdarı 30-35 faiz təşkil edir.

AZƏRTAC

22 May 2020 02:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə