Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazaxda abadlaşmayan küçə qalmayacaq...

Ölkə Prezidentinin birbaşa göstərişi, köməyi və qayğısı sayəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sistemi tamamilə yenidən qurulur. Şəhərdə aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, işin başa çatdırıldığı küçələrdə, eyni zamanda, abadlıq işlərinə və yeni asfalt örtüyünün vurulmasına da başlanılıb. Artıq şəhərin Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyünün salınması göstərir ki, bütün küçələr tezliklə öz görkəmini dəyişəcək.

Görülən tədbirlərə rayon icra hakimiyyəti müntəzəm nəzarət edir, işin gedişi ilə maraqlanır, qarşıya çıxa biləcək problemlərin operativ həlli üçün çalışır.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov Səməd Vurğun küçəsində görülən işlərlə maraqlanarkən ona məlumat verilib ki, səkilərə, yola asfalt örtüyün döşənməsi və digər abadlıq işləri ilə yanaşı burada elektrik, rabitə və qaz xətləri də səliqəyə salınır, da­yaqlar və ağaclar rənglənir, yeni yaşıllıqlar yaradılır.

Öz növbəsində rayon rəhbəri burada görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsinin vacib olduğunu bildirib, öz tövsiyələrini verib.

Qeyd edək ki, işin gedişi ilə yerində tanış olmazdan qabaq rayon icra hakimiyyətinin başçısı müvafiq qurumların, o cümlədən “Azərsu” ASC-nin, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin, podratçı təşkilatların rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə indiyədək görülən işlər ətraflı təhlil olunmuş, qarşıdakı vəzifələr müəyyənləşdirilmişdir.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

 

22 May 2020 02:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 Oktyabr 2020 | 15:42
Stadion xəstəxanaya çevrildi
20 Oktyabr 2020 | 12:40
Alanyada Azərbaycan bayraqları

Köhnə versiyamızdan xəbərləri izlə