Ən son xəbərlər
1. Dövlət və bələdiyyə idarəetməsi
2. Menecment
3. Beynəlxalq münasibətlər
4. Politologiya
Tədris distant və ya qiyabi formalarda (ödənişli əsaslarla) təşkil edilir.
Təkrar ali təhsil müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla (iş stajı 1 ildən az olmayaraq) Dövlət İdarəçilik Akademiyası arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir.
Təkrar ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə ;
- göndəriş-zəmanət məktubu (məktubun əsli poçtla və ya şəxsən təqdim edilir);
- əmək kitabçasının surəti ( hazırda işləməsi göstərilmək şərtilə);
- ali təhsil haqqında sənədin diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətləri;
- sağlamlıq haqqında arayış;
- şəxsiyyəti təsdiq edən sənəd;
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil.
Xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra DİA-da təkrar ali təhsil ala bilərlər.
Təqdim olunan sənədlər müvafiq tələblərə cavab verdiyi halda iddiaçılar təkrar ali təhsil almaq hüququnu qazanırlar.
Qəbul zamanı dövlət orqanlarının tövsiyyə məktubu ilə gələn şəxslərə üstünlük verilir.
Sənədlərin qəbulu 2020-ci il iyunun 1-dən hər gün (şənbə və digər istirahət günlərindən başqa) saat 10.00-dan 17.00-dək Akademiyanın inzibati-tədris binasında (1-ci mərtəbə, 23 nömrəli otaq) aparılacaqdır. Sənədlərin qəbulu elektron qaydada. http://dia.edu.az/az/content/14 internet linki vasitəsilə də həyata keçirilir. Təkrar ali təhsilə qəbul olmaq istəyən şəxslər DİA-nın (DİA.EDU.AZ) saytının qəbul menyusunda əlavə ali təhsil bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Telefon- 492-66-19.
Ünvan- Bakı, Lermontov küçəsi 74.
Rektorluq
Köhnə versiyamızdan xəbərləri izlə