Ən son xəbərlər
Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 19 may 2020-ci il tarixli 24 nömrəli qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkətinin sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası ləğv edilmiş və sığortaçının idarəetmə orqanlarının səlahiyyətləri ”Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.4-cü və 109.1.2-ci maddələrinə əsasən Mərkəzi Bank tərəfindən təyin edilmiş müvəqqəti inzibatçıya keçmişdir.
Sığortaçı barəsində iflas prosedurunun başlanılmasına aid ərizə ilə Mərkəzi Bank tərəfindən məhkəməyə müraciət edilmişdir.
Köhnə versiyamızdan xəbərləri izlə