Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi büdcə vəsaiti hesabına audit xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.eten­der.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçı­ları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün tender təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Tenderdə iştirak etmək istəyənlər 150 manat məbləğdə iştirak haqqını portaldan “Asan ödəniş” xidməti vasitəsilə ödəyib Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu təqdim edə bilərlər.

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün yazılı müraciət;

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

Hüquqi sənədlər:

-iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və bank rekvizitləri;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmama­sı haqqında müvafıq dövlət orqanından arayış;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

İxtisas göstəriciləri:

- bu sahədə analoji xidmətlərin göstərilməsində təcrübəsi olması haqqın­da müvafiq sənədlər;

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron in­formasiya sistemində işçilərin sayı barədə məlumatları əks etdirən sənəd;

- icra müddəti 20 gün (iştirakçı şirkət bütün məhsulların sifarişçiyə çatdırılma­sını və tələb olunan işlərin görülməsini müqavilə imzalandıqdan sonra ən geci 20 (iyirmi) gün ərzində icra etməlidir);

- sifarişlərin icrasının gecikdirildiyi hal­da sifariş məbləğinin 0.5 faizi həcmində hər gün üçün cərimə tətbiq ediləcək;

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanla­ya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə işti­rak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 18 iyun 2020-ci il saat 11.00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 29 iyun 2020-ci il saat 10.00-a qədər, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzinə Bakı şəhəri, Böyük Qala küçəsi 41 nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 30 iyun 2020-ci il saat 11.00-da Bakı şəhəri, Böyük Qala küçəsi 41 nömrəli ünvanda açılacaqdır.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

22 2020 02:11 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 İyun 2020 | 01:08
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə